Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
qan ver

Proseduranı keçmə ardıcıllığı
İlk öncə, əmin olun ki, sizdə donor olmaq üçün tibbi əks-göstəriş yoxdur. Unutmayın: qanvermə ərəfəsində - 72 saat ərzində alkoqol, yağlı və acılı qidalardan, bir saat ərzində isə siqaret çəkməkdən imtina etmək lazımdır.

Qanvermə günü yüngül səhər yeməyi qəbul edin.
Özünüzlə mütləq şəxsiyyət vəsiqənizi götürün.
Qeydiyyat şöbəsinə müraciət edin.

Qan verməyə daimi və ya müvəqqəti əks göstərişlərin aşkarlanması məqsədi ilə qan analizi verin və terapevtin müayinəsindən keçin (donor olmaq istəyən şəxsə məntəqə tərəfindən qan qrupu, hemoqlobin, Hepatit B, Hepatit C, malyariya və talassemiya xəstəliklərinə görə müayinə və analizlər məntəqə tərəfindən təmənnasız aparılır). Səhhətinizlə əlaqədar hər hansı şübhəniz olduğu halda, bu barədə tibbi müayinədən keçərkən, həkimi məlumatlandırın. Unutmayın ki, səhhətinizlə əlaqədar məlumatları gizlətməklə, siz həm özünüzün, həm də digər insanların səhhətini təhlükə altına atmış olursunuz.

Müayinələrin nəticələrinə əsasən, terapevt qan verməyə buraxılma barədə qərar verəcək, yaxud nə üçün buraxılmadığınızı izah edəcəkdir. Donasiyaya müvəqqəti maneə aşkarlanarsa, həkim sizi növbəti dəfə nə vaxt gələ biləcəyiniz barədə məlumatlandıracaqdır.

Daimi əks göstəriş aşkarlandığı halda, donor ola bilməzsiniz. Lakin buna baxmayaraq, siz donor hərəkatında könüllü kimi iştirak edə bilərsiniz – qohum və yaxınlarınıza donor olmağı təklif edə, agetasion tədbirlərdə iştirak edə, öz iş yerinizdə donor günü təşkil edə bilərsiniz.

Qanvermə yarımoturaq vəziyyətdə aparılır. Bütün prosedura təqribən 10 dəqiqə çəkir (plazma donorluğu təqribən 40 dəqiqə) və səhhət üçün tamamilə təhlükəsizdir – belə ki, yalnız birdəfəlik materiallar istifadə olunur, hansılar ki, prosedura bitdikdən dərhal sonra məhv edilir. Donasiya bitdikdə, sizə steril sarğı qoyulacaq, və bu sarğını 4 saat ərzində çıxartmaq olmaz.

Qanvermədən sonra bir qədər istirahət etmək, çay içmək və günün sonuna kimi fiziki gərginlikdən çəkinmək lazımdır. Qan vermədən qabaq və sonra məntəqə tərəfindən donorlara yüngül qəlyanaltı verilir (çay, kofe, peçenyeŞ şokolad və s.). Avtomobil idarə edilməsinə məhdudiyyət qoyulmur.

Kim donor ola bilər:
Donor – hər bir sağlam, 18 – 60 yaş arasında, boyu 150 sm-dan, çəkisi isə 50 kq-dan az olmayan şəxslər ola bilər. Donorluğa tibbi əks-göstərişlər mövcuddur. Bunlar isə daimi və müvəqqəti olur. Daimi əks-göstərişi olan insan heç vaxt donor ola bilməz. Müvəqqəti əks-göstərişi olan insan isə müəyyən vaxt keçdikdən sonra donor ola bilər.

Xahiş edirik, bu siyahını diqqətlə oxuyun!

Qan və onun komponentlərinin köçürülməsinə olan əks-göstərişlərin siyahısı
Mütləq əks-göstərişlər
(donorluqdan yayınma-xəstəliyin müddətindən və müalicənin nəticəsindən asılı olmayaraq)

QİÇS, İİV - infeksiya daşıyıcılığı və risk qrupuna aid olan şəxslər;
Sifilis, anadangəlmə və ya qazanılma;
Virus hepatitləri ( hepatit B və C-nin markerlərinə qarşı müsbət reaksiya );
Vərəm, bütün formaları;
Bruselyoz;
Səpgili yatalaq;
Tulyaremiya;
Lepra;
Exinokokkoz;
Toksoplazmoz;
Tripanosomoz;
Filyariatoz;
Rişta;
Leyşmanioz;
Bədxassəli törəmələr;
Qan xəstəlikləri;
MSS-nin üzvi xəstəlikləri;
Nitq və eşitmənin tamamilə olmaması;
Psixi xəstəliklər;
Narkomaniya, alkoqolizm;
Hipertoniya xəstəliyi II-III dər.;
Ürəyin işemik xəstəliyi;
Ateroskleroz, aterosklerotik kardioskleroz ;
Obliterəedici endoarteriit , qeyri-spesifik aortoarteriit, residivləşən tromboflebit ;
Endokardit , miokardit;
Ürək qüsuru;
Bronxial astma;
Bronxoektaziya, aciyər emfizeması, obstruktiv bronxit, diffuz pnevmoskleroz dekompensasiya mərhələsində;
Аxilik qastrit;
Mədə və onikibarmaq bağırsağın;
Qaraciyərin xroniki xəstəlikləri, həmçinin toksiki təbiətli və naməlum etiologiyalı;
Kalkulyoz xolesistit təkrarlanan tutmalarla və xolangit əlamətləri ilə ;
Qaraciyər sirrozu;
Birləşdirici toxumanın diffuz xəstəlikləri;
Şüa xəstəliyi;
Endokrin sistemin xəstəlikləri, funksiya və maddələr mübadiləsinin ciddi pozuntusu olduğu halda;
Özena;
LOR-orqanlarının digər kəskin və xroniki ağır irinli-iltihabi xəstəlikləri;
Üveitin qalıq əlamətləri;
yüksək miopiya ( 6D və yuxarı);
Traxoma;
Tam korluq;
Dərinin infeksion və iltihabi xarakterli yayılmış xəstəlikləri;
Generalizə olunmuş psoriaz, ekzema, eritrodermiya, polodermiya, sikoz, qırmızı qurdeşənəyi, qovuqcuqlu dermatozlar;
Dərinin ( mikrosporiya,trixofitiya, epidermofitiya, favus) və daxili orqanların ( dərin mikozlar) göbələk mənşəli zədələnmələri;
Kəskin və xroniki osteomielit;
Orqan rezeksiyası məqsədilə aparılan cərrahi müdaxilələr ( mədə, böyrək, öd kisəsi, dalaq, yumurtalıq, uşaqlıq və s.), orqan və toxumaların
Transplantasiyası;

Müvəqqəti əks-göstərişlər

Əks-göstərişlər

Donorluqdan imtina müddəti

Qan və komponentlərinin transfuziyası,
(rezus faktora görə immunizasiya olunmuş və yanıqdan sonrakı rekonvalessentlər istisna olunmaqla.)


6 ay

Operativ müdaxilələr, abort daxil olmaqla

operativ müdaxilə aparılan gündən sonra 6 ay

Tatuaj edilmə və ya iynəbatırma ilə müalicə

Prosedura bitən andan sonra 1 il

2 aydan çox müddət ərzində ezamiyyətdə olmaq

6 ay

3 aydan çox müddət ərzində malyariyaya görə endemik olan tropik və subtropik iqlimli ölkələrdə (Asiya,Afrika,Cənubi və mərkəzi Amerika) olmaq


3 il

Hepatitli xəstələrlə kontakt

Hepatit A

Hepatit B və C

 

3 ay

1 il

“Mütləq əks-göstərişlər ”bölməsində qeyd olunmayan,
keçirilmiş infeksion xəstəliklər:

-anamnezdə malyariya, simptomların yoxluğu və immunoloji testlərin nəticələri mənfi olduğu halda

-qarın yatalağı, sağalmadan və nəzərə çarpan funksional pozğunluqlar olmadığı halda tam kliniki müayinədən sonra

-angina, qrip,KRVİ

 

 

3 il


1 il


sağalmadan sonra 1 ay

“Mütləq əks-göstərişlər”bölməsində və əvvəlki punktda qeyd olunmayan

digər infeksion xəstəliklər

 


sağalmadan sonra 6 ay

Diş çəkdirmək

10 gün

Lolalizasiyasından asılı olmayaraq kəskinləşmə fazasında olan kəskin və xroniki iltihabi prosesslər

kəskin dövr bitdikdən sonra 1 ay

Vegeto-damar distoniyası

1 ay

Allergik xəstəliklər – kəskinləşmə fazasında

kəskin dövr bitdikdən sonra 2 ay

Hamiləik və laktasiya dövrü

Doğuşdan sonra 1 il, laktasiya bitdikdən sonra 3 ay

Menstruasiya (aybaşı) dövrü

menstruasiya bitdikdən 5 gün sonra

Peyvəndlər:

-ölü vaksinalarla, anatoksinlərlə aparılan peyvəndlər (hepatit B, tetanus, difteriya, göy öskürək, parotit, vəba, qrip )

-diri vaksinalarla aparılan peyvəndlər (brusellyoz, tulyaremiya, taun, çiçək, BSJ-vaksinası, məxmərək, peroral poliomielit ), tetanus əleyhinə zərdab yeridilməsi( inyeksiya yerində nəzərəçarpan iltihab əlaməti olmadığı halda)

-hepatit B-yə qarşı immunoqlobulinin yeridilməsi

-quduzluq əleyhinə vaksin ilə aparılan peyvəndlər

 

1 ay

 

1 il

 

2 həftə

Dərman preparatlarının qəbulu:

-antibiotiklər

-analgetiklər, salisilatlər

 

qəbul bitdikdən sonra 2 həftə

qəbul bitdikdən sonra 3 gün

Alkoqol qəbulu

48 saat

Qanın biokimyəvi göstəricilərinin dəyişikliyi

-alanin-aminotransferazanın(ALT) aktivliyinin yüksəlməsi

-ALT –nin təkrari yüksəlməsi və ya 2 dəfə və daha çox artması

-disproteinemiya

 

3 ay donorluqdan kənarlaşdırılma və müayinəyə göndərilmə

1 ay

Donorda siyahıya daxil olmayan xəstəlik olduğu halda, onun donorluğa buraxılması qərarı həkim-transfuzioloq və ya müvafiq mütəxəssis tərəfindən verilir.

Donorluq barədə yalnış fikirlər
Qan vermək səhhət üçün zərərlidir
Bu səhv fikirdir. Əksinə, donorlar yalnız sağlam insanlar olurlar, onlar içərisində illər, hətta onilliklər boyu vaxtaşırı qan verənlər də çoxdur. Donorluğun təhlükəsizliyini təsdiqləyən dolayı fakt kimi qeyd etmək lazımdır ki, qanköçürmə məntəqələrinin işçiləri, donorluğun insan orqanizminə təsiri barədə kifayət qədər məlumatlı olduqları halda, çox vaxt elə özləri donor olurlar. Onlar arasında “ Fəxri donorlar ” da az deyil. “Fəxri donor” adı isə 40 dəfə qan və ya 60 dəfə plazma donoru olanlara verilir. Donorluq nəinki təhlükəli deyil, hətta bəzi hallarda xeyirlidir. Məsələn, travma və ya yaralanma zamanı donorlar digər insanlara nisbətən qanitirməni daha yaxşı keçirirlər. Belə ki,onların orqanizmi vaxtaşırı qan itkisinə uyğunlaşmışdır. Bu xüsusilə də hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının işçiləri və digər travma cəhətdən təhlükəli peşələrin nümayəndələri üçün vacibdir. Requlyar donasiyalar orqanizmə stimuləedici təsir göstərir, immun sistemi aktivləşdirir. Əbəs yerə deyil ki, XIX əsrə kimi bir çox xəstəlikləri qanalma ilə müalicə edirdilər.

Qan verən zaman yoluxmaq olar
Bu doğru deyil. Qanvermə zamanı yoluxmaq mümkün deyil, belə ki, bu prosedura üçün yalnız birdəfəlikinstrument və materiallardan istifadə olunur. Hansılar ki, prosedura bitən kimi məhv olunurlar.

Tez tez qan verilərə, donorluğa öyrəşmə baş verir
Bu yalnız fikirdir. Kütləvi donorluq artıq bir neçə onillikdir ki, mövcuddur. Bu müddət ərzində mütəxəssislər öyrəşmə halı aşkar etməmişlər.

Qorxuram ki, qan verən zaman huşumu itirərəm
İnsanlar çox vaxt qorxudan itirir, nəinki qan itkisindən. Özünüzü müsbət əhval ruhiyyəyə kökləyin, qan vermə zamanı fikrinizi yayındırın – maraqlı kitab oxuyun, xoş musiqiyə qulaq asın və şubhəsiz Siz heç bir diskomfort hiss etməyəcəksiniz. Hər hansı narahatçılıq hiss etdiyiniz belə, tibb işçiləri Sizə müvafiq yardım göstərəcəklərinə əmin ola bilərsiniz.

Mən “hər yoldan keçənə” yox, ancaq öz yaxınlarıma qan verə bilərəm
Qan köçürülməsi insan həyatını xilas etmək üçün təcili aparılan proseduralardan biridir. Belə hallarda hətta dəqiqələr böyük əhəmiyyət kəsb edir. Ola bilər ki, yaxınınıza lazım olan halda, Siz qan verməyə sadəcə yetişməyəsiniz. Ölkədə daima donor qanı ehtiyyatı olmalıdır, belə ki, əks halda, təcili lazım olan uyğun donor qanı axtarmaqla, xəstələrin həyatı təhlükə altına atılmış olur. Bugün Siz qan verməklə yad insanın həyatını xilas edə bilərsiniz, və ola bilsin ki, sabah tanımadığınız şəxs eyni addımı atmaqla, Sizi və ya yaxınlarınızı ölümdən qurtarsın.

Əgər hər hansı bədbəxt hadisə baş verərsə, mən zərərçəkmişlər üçün qan verərəm. Lakin elə-belə vermək üçün lüzum görmürəm.
Qan hər an lazım olur. Doğuş, cərrahi əməliyyatlar, onkoloji xəstələrin müalicəsi – bu və digər hallar həmişə baş verir, və bu kimi halların əksəriyyətində qan köçürülməsinə ehtiyyac yaranır. Hər xəstə barədə informasiya vasitələri ilə məlumat vermək mümkün olmur, lakin zahıların, cərrahi xəstələrin və ya leykozdan əziyyət çəkən uşaqların da qəza qurbanları qədər qana ehtiyyacları var.

Mən donor olardım, lakin bunu məndən heç kim xahiş etməyib
Biz Sizdən xahiş edirik. Əgər Siz hal-hazırda bu məqaləni oxuyursunuzsa, deməli artıq, qan vermək təklifini almısınız. Laqeyd olmayın, qan verin!

Qan vermək üçün bizim E-mail: xeyriyye@xeyriyye.com ünvanına müraciyət edin və yaxud bimizlə əlaqə saxlayın. Allah-təala razı olsun.

 
Bookmark and Share
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir