Uğurlarımız
Ən çox oxunanlar
Saytda axtarış

İbrətamiz kəlamlar
Qan ver
Qan ver
Vaxt gedir
 
xeyriyyəçilər klubu
Biz Kimsəsiz Uşaqlara və Qocalara yardım “Xeyriyyəçilər klubu” olaraq sizləri salamlayırıq. Artıq bir neçə vaxtır ki, biz ətrafımızdaki müxtəlif peşə və ixtisas sahibi olan gənclərimizlə kimsəsizlərə baş çəkir, dərdlərinə şərik olur, bir neçə saatlıq da olsa onlara mənəvi cəhətdən sevinc bəxş etmək istəyirik.
Bizim qarşımıza qoyduğumuz əsas qayə, indiki fidan körpələrimizin düzgün tərbiyəsinə, dünya görüşünə, mənəvi saflığına, düzgün maariflənməsinə, özlərini sərbəst və xoşbəxt hiss etməsinə az da olsa kömək etməkdir. Ulu öndərimiz Heydər Əliyevin bir sözü heç vaxt unudulmayacaq.
O deyirdi ki: “Körpələrimiz bizim sevincimiz və Gələcəyimizdir! Onların düzgün tərbiyəsi və savadı nəticəsində Azərbaycanın sabahı işıqlı olacaq! Övladlarınıza qayğı göstərin və onları sevin!” .
Təsadüfi deyil ki, elə bizim “Xeyriyyəçilər klubu”nun ilk starta başladığı gün məhz Heydər Əliyevin doğum gününə təsadüf edir. Və biz 2007-ci il, may ayının 10-da 1 yaşımızı bu gözəl tarixdə qeyd etdik.
Bu illər ərzində Vətənimizin müxtəlif ərazilərində yerləşən kimsəsiz Qoca və Uşaqlarla görüşdük, onlarla birgə sevindik. Hər birinin istedadını, bacarığını, savadını sinadıqca müsbət nəticələr könlümüzü xoş edirdi. Onlar nə qədər kədərli olsalar da yenə ümid çırağının əlaməti olan bir parıltını duyduq onların gözlərində.

Bu parıltını gördükcə, qəlbimizdə bir sevinc hissi oyanırdı ki, Azərbaycanımızın gələcəyi İnşallah, parlaq olacaq. Çünki biz hamımız Azərbaycanın parlaq gələcəyi, sağlam gəncliyin yetişməsi, və insan hüquqlarının qorunub saxlanması uğrunda çalışırıq.
Arzulayırıq ki, Allah-təalanın izni ilə klubumuz neçə belə on illər fəaliyyət göstərsin və öz xeyirxah əməllərimizlə çox qapılar döyək və ehtiyacı olanlara dəstək olaq!

məqalələr
 
Uşaqları ilk oruca necə sövq etməli

Mübarək Ramazan ayının günlərini yaşayırıq. Özünü müsəlman bilən və dini ayinlərə etiqadı olan hər kəs bu ayda oruc tutur, ibadət edir, mənəviyyatında islahatlar aparır.
Bu mübarək dönəmdə bir çox mömin ailələrində bir sıra mövzular aktuallaşır ki, bunların da bir qismi uşaqlarla bağlıdır. Məsələn, uşaqların ilk dəfə oruc tutması kimi.

Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət

İnsanların hamısı ziyafətdə iştirak etməyi xoşlayırlar. Xüsusilə böyük şəxsiyyətlərin təşkil etdiyi ziyafətlər hamı üçün daha maraqlı və arzulanandır. Hər bir ziyafət onu təşkil edənin kimliyindən asılı olaraq ozünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də ziyafətlər heç də həmişə süfrədə olan rəngarəng nemətləri ilə yadda qalmır.

 
yardım edin
 
Əhmədova Xanım Məmməd qızına yardıma tələsin

Salam, mən Əhmədova Xanım Məmməd qızı 1977-ci ildə anadan olmuşam. Hal-hazırda Sumqayıt şəhəri 30-cu məhəllə ev 10/11, mənzil 25 ünvanında yaşayıram. I qrup ömürlük əliləm. Mən anadangəlmə göz qüsuru ilə doğulmuşam və gündən-günə gözlərimin nurunu itirməyə doğru gedirəm. Mən neçə illərdir ki, müxtəlif müalicə ocaqlarında müalicə və əməliyyat olunmuşam.

Əliyev Əmrah Canpolad oğluna yardım edin

Salam, mən Əliyeva İradə Adil qızı 2-ci qrup ömürlük əliləm. Həyat yoldaşım zabit olub Qarabağ uğrunda gedən döyüşlər zamanı itkin düşüb. 2 övladım var, qızımın 17 oğlumun isə 14 yaşı var. Oğlum Əliyev Əmrah Canpolad oğlu çox xəstədir. Belə ki, onun beynində intraserebral şiş tapılıb. Təcili əməliyyat olunmalıdır, əks halda uşaq ya görmə qabiliyyətin itirə bilər ya da dünyasını dəyişə bilər.

 
xəbərlər
 
İlahi ziyafət...

İlahiyyatçı Hacı Şahin Həsənli ilə müsahibə ...
Orucluqla bağlı bildiklərimiz və bilmədiklərimizi öyrənmək üçün ilahiyyatçı, “Mənəvi dünya” İctimai Birliyinin rəhbəri Hacı Şahin Həsənlidən müsahibə götürmək qərarına gəldik.

11 ayın sultanı

On bir ayın sultanı olan Ramazan ayı daxil olur. İslamın müqəddəs kitabı Qurani-Kərimdə oruc tutmağın hər bir müsəlman üçün vacib olduğu qeyd olunur. Onu da əlavə edək ki, Ramazan ayında oruc tutmaqla insanlar səbirli olmağı və nəfslərini tərbiyə etməyi öyrənirlər.

 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir